Haqqımızda

Haqqımızda

Şirkətimiz haqqında qısa məlumatı nəzərinizə çatdırırıq. Şirkətimiz – Nexia EA MMC, Nexia International beynəlxalq audit şirkətinin Azərbaycandakı rəsmi təmsilçisidir. Bununla bağlı bildirmək istərdik ki, Nexia International dünyanın ən böyük 10 audit və konsaltinq şirkətlərindən biridir və baş ofisi Böyük Britaniyanın London şəhərində olmaqla dünyanın 105-dən artıq ölkəsində fəaliyyət göstərir və 20,600 nəfərdən çox partnyor və işçi heyəti vardır. Şirkətimizin audit, vergi və hüquq, konsaltinq, mühasibatlıq və digər peşəkar sahələrdə bacarıqlı və təcrübəli işçi heyəti vardır.

Bütün görülən işlərin ən yüksək səviyyədə olmasını təmin etmək üçün şirkətimiz və layihə heyətimiz geniş idarəçilik prosedurlarına sahibdir. Biz həmçinin AMCHAM, GACC və digər nüfuzlu təşkilatların üzvüyük...

Nexia International dünya üzrə aparıcı audit və konsaltinq şirkətləri şəbəkələrindən biridir. Bizim müvəffəqiyyətə açarımız sadədir: Üzv şirkətlərimizin əsas qlobal maliyyə və iqtisadi mərkəzlərdəki gücü.

Nexia International 1971-ci ildə 2 şirkət – Oppenheim Appel Dixon & Associates (ABŞ) və Spicer & Pegler (Böyük Britaniya) şirkətləri tərəfindən yaradılmışdır. Həmin vaxt bu iki nüfuzlu şirkət London və Nyu-Yorkda maliyyə xidmətləri sektorunda olan şirkətlərin yarısından çoxuna xidmət göstərirdi. Qlobal mühasibatlıq şirkətlərindən başqa heç bir beynəlxalq şəbəkənin belə bir tarixçəsi olmamışdır.

“International Accounting Bulleten”in 2018-ci il üzrə sorğusuna əsasən Nexia International dünyanın 10 ən böyük beynəlxalq audit, mühasibatlıq və konsaltinq şirkətlərindən biridir. Dünyada Nexia Internationalın 105-dən çox ölkədə 590-dan çox ofisi, 20,600-dən çox partnyor və işçi heyəti vardır. Avropada isə Nexia Internationalın 40 ölkədə 226 ofisi, 7,000-dən çox partnyor və işçi heyəti mövcuddur.

Müştərilər bizdən təbii ki, peşəkar xidmətlərin ən yüksək standartlarını gözləyirlər. Buna görə də biz öz fəaliyyətimizdə Nexia Internationalın fasiləsiz üzvlük vəziyyətini qarşılayan, müntəzəm keyfiyyətə nəzarət baxışlarına uyğun ciddi prosedurlar və standartları tətbiq edirik. Dünyanın başlıca ölkələrindəki üzvləri ilə birgə Nexia International aşağıdakıları müştərilərinə təqdim edə bilir:

  • Müfəssəl audit, vergi və məsləhət xidmətləri portfelini təklif edən qlobal peşəkar mütəxəssis resursları
  • Yerli qanunlar, mədəniyyət və adət-ənənələr barədə təfərrüatlı məlumatlara çıxışı
  • Güclü və uzun müddətli peşəkar münasibətlərə əsaslanan yüksək səviyyəli müştəri xidmətlərini