HAQQIMIZDA

       Nexia International dünya üzrə aparıcı sərbəst mühasibatlıq və konsaltinq şirkətlərinin şəbəkəsindən biridir. Bizim müvəffəqiyyətə açarımız sadədir: Üzv şirkətlərimizin əsas global maliyyə və iqtisadi mərkəzlərdəki gücü. Nexia International 1971-ci ildə 2 şirkət – Oppenheim Appel Dixon & Associates (ABŞ) və Spicer & Pegler (Böyük Britaniya) şirkətləri tərəfindən yaradılmışdır. Həmin vaxt, bu iki nüfuzlu şirkət London və Nyu-Yorkda maliyyə xidmətləri sektorunda olan şirkətlərin yarısından çoxuna xidmət göstərirdi. Qlobal mühasibatlıq şirkətlərindən başqa heç bir beynəlxalq şəbəkənin belə bir tarixçəsi olmamışdır. Müştərilər bizdən təbii ki, peşəkar məsləhətin ən yüksək standartlarını gözləyirlər. Bizim bütün sərbəst üzv şirkətlərimiz, Nexia Internationala daimi üzvlüyünün əsası kimi çıxış edən, müntəzəm olaraq keyfiyyətinə nəzarət olunan, ciddi prosedurlar və standartlar tətbiq edirlər. Dünyanın başlıca ölkələrindəki üzvləri ilə birgə Nexia International aşağıdakıları müştərilərinə təqdim edə bilir:  

1.Müfəssəl audit, vergi və məsləhət xidmətləri portfelini təklif edən qlobal peşəkar mütəxəssis resursları.

2.
Yerli qayda-qanunlar, mədəniyyət və adət-ənənələr barədə təfərrüatlı məlumatlara çıxışı.

3
.Güclü və uzun müddətli peşəkar münasibətlərə əsaslanan yüksək səviyyəli müştəri xidmətlərini.  

 
 
PUBLİKASİYALAR
ƏLAQƏ
Ünvan: World Business Centre,
9-cu mərtəbə, S.Rəhimov küçəsi 23,
 AZ1014, Bakı, Azərbaycan
 

Copyright © 2009-2017 Nexia EA LLC is a member of Nexia International.

Powered