Xidmətlərimiz

İnsan Resursları xidmətləri

Hər bir şirkət üçün heyətin effektiv idarə edilməsi, işçi heyəti ilə şirkət və müvafiq dövlət qurumları arasında yaranan münasibətləri düzgün tənzimlənməsi, insan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması ümdə məsələlərdəndir. Bu baxımdan bizim İnsan Resursları xidmətlərimiz sizin İnsan resurslarının planlaşdırılması və idarəedilməsi ilə bağlı yaranacaq problemlərinizi effektiv həll etməyə kömək edəcək, şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasını, işçi axınının qarşısının alınmasını təmin edəcəkdir. Bizim İnsan Resursları xidmətlərimiz aşağıdakılardan ibarətdir:

  • İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması
  • İşçi heyətinin seçimi və işə qəbulu
  • İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və işdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması
  • Elektron hökumət portalında (E-GOV) tələb olunan əməliyyatların icrası
  • İşçilərin sosial və icbari sığortası prosedurları
  • Xarici vətəndaşların işə qəbul prosesini təşkil etmək, onlara müvəqqəti, daimi yaşamaq icazələrinin, iş icazələrinin alınması
  • Məzuniyyət uçotunun aparılması
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması
  • Əmək haqqının hesablanması prosesində iştirak
  • Aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • Əmək münasibətləri ilə bağlı hüquqi rəylərin verilməsi