Xidmətlərimiz

Xüsusi təyinatlı audit

Xüsusi təyinatlı audit - biz öz müştərilərimizə qanunla məcburi hesab edilməyən audit və digər xüsusi yoxlama prosedurları kimi xüsusi təyinatlı audit xidmətləri təklif edirik.

Xüsusi təyinatlı audit o hallarda aparılır ki, maliyyə hesabatlarının ümumi auditi ilə müqayisədə auditor xüsusi maliyyə istifadəçiləri üçün spesifik məqsədlərlə xüsusi maliyyə məlumatları ilə bağlı hesabat təqdim edir. Xüsusi təyinatlı audit öhdəlikləri Beynəlxalq Audit Standartlarına ( ISA 800) uyğun olaraq təsvir edilir.

Bəzi hallarda xüsusi təyinatlı auditin keçirilməsini tələb edən qurum qanunla qəbul edilmiş standartları, yaxud maliyyə hesabatları çərçivəsini müəyyən edir, lakin həmin çərçivənin bütün tələblərinə cavab vermir.

Xüsusi təyinatlı auditin istinad etdiyi maliyyə hesabatvermə çərçivəsi etibarlı çərçivə olsa belə, xüsusi təyinatlı audit çərçivəsi obyektiv olmaya bilər. Çünki, xüsusi təyinatlı audit çərçivəsi ədalətli maliyyə hesabatlarının təqdim edilməsinə nail olmaq üçün zəruri olan və ümumi qəbul edilmiş standartları müəyyən edən qurum tərəfindən hazırlanan, yaxud qanunla müəyyən olunan maliyyə hesabatvermə sisteminin bütün tələblərinə cavab verməyə bilər.

Xüsusi təyinatlı audit nəticəsində hazırlanan maliyyə hesabatları müəssisə tərəfindən hazırlanan yeganə maliyə hesabatları ola bilər. Belə hallarda, həmin hesabatlar maliyyə çərçivəsindəki maliyyə hesabatlarının tərtib olunduğu istifadəçilərdən başqa digər istifadəçilər tərəfindən istifadə oluna bilər. Bu çərçivədə maliyyə hesabatlarının geniş yayılmasına baxmayaraq, maliyyə hesabatları Beynəlxalq Audit Standartlarının (ISA) məqsədləri üçün xüsusi təyinatlı audit nəticəsində yaradılmış maliyyə hesabatları hesab olunur. Məlumatların açıqlanması tələb edilərsə, müvafiq maliyyə hesabatvermə çərçivəsi ilə aydın şəkildə icazə verilən təsviredici, yaxud izahedici məlumatlar qeydlər formasında həmin hesabatlara daxil edilməlidir.

Xüsusi təyinatlı audit üzrə maliyyə hesabatlarında nəzərdə tutulan istifadəçilərin maliyyə məlumatlarına olan ehtiyacları maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan maliyyə hesabatı çərçivəsinin məqbulluğunu müəyyən edən əsas amil hesab olunur.

Xüsusi təyinatlı audit zamanı müəyyən amillər nəzərə alınmalıdır.

İSA 200 maliyyə hesabatlarının auditində iştirakın və audit ilə əlaqədar bütün standartların müstəqilliyi ilə bağlı tələblər də daxil olmaqla, auditorların müvafiq etik tələblərə riayət etməsini tələb edir. Əgər bütün Beynəlxalq Audit Standartları tapşırığın müddəalarında şərt olaraq göstərilməyibsə, yaxud şərait mövcud olmadığına görə standartlar müvafiq hesab edilirsə, bu zaman auditor həm də Beynəlxalq Audit Standartlarının hər bir tələbinə əməl etməlidir. İstisna hallarda, auditor bu tələbin məqsədinə nail olmaq üçün alternativ audit prosedurları tətbiq etməklə, Beynəlxalq Audit Standartlarındakı müvafiq tələbdən kənara çıxmağın zəruriliyi ilə bağlı qərar qəbul edə bilər.

Ümumilikdə, müştərilərə təklif olunan xüsusi təyinatlı audit o hallarda tələb olunur ki, müştəri ümumi audit edilmiş maliyyə hesabatları ilə müqayisədə xüsusi maliyyə istifadəçilərinə spesifik məqsədlə xüsusi maliyyə məlumatların təqdim etsin.