Xidmətlərimiz

Vergi məsləhəti xidmətləri

Vergi məsləhəti xidmətlərinə fiziki şəxslərdən tutmuş hüquqi şəxslərə qədər maliyyə və vergi problemlərinin təhlil edilməsi, həll yollarının müəyyən edilməsi və tövsiyələrin verilməsi daxildir. Nexia Azərbaycan şirkətinin peşəkar mütəxəssisləri hüquqi və ya fiziki şəxsin vergi statusunun maksimum səviyyəyə çatdırılması üçün biznes məqsədlərinin hədəfə yönləndirilmiş addımlara çevrilməsinə yardım edir. Vergi planlaşdırması hər bir maliyyə qərarının vergi təsirlərinin başa düşülməsində müştərilərə yardım edir. Vergi hesablaması və vergi məsləhəti xidmətləri üzrə komandamızın təcrübəsinə aşağıdakı xidmətlərin göstərilməsi, yaxud bu istiqamətdə məsləhətlərin verilməsi daxildir:

  • Gəlir vergisi bəyannaməsi;
  • Korporativ gəlir vergisinin bəyannaməsi;
  • Mövcud müəssisələrin və müəssisə aktivlərinin əldə edilməsinin vergi nəticələri;
  • Korporasiyaların və ortaqlıqların yenidən təşkili;
  • Şəxsi və korporativ vergi planlaşdırması;
  • İşçilərin kompensasiyası və mükafatlandırma planlarının hazırlanması da daxil olmaqla, idarəçilər üçün gəlir vergisinin planlaşdırılması;
  • Gəlirlərin və tutulmaların, sosial sığorta haqlarının, əsas alışların və investisiya qoyuluşlarının vergi təsirinin müəyyən edilməsi;
  • Dövlət qurumları ilə vergi ilə bağlı danışıqlar və mübahisələr zamanı müştərinin maraqlarının təmsil olunması;
  • Dövlət təftişi, yaxud daxili təftiş zamanı müştərilərin maraqlarının təmsil olunması;
  • İcraçılara və qəyyumlara vergi məsləhətinin verilməsi;
  • Ticarət və gömrük xidmətləri - ticarət qanun və qaydalarına riayət olunmasını təmin edir;
  • Satış qiymətinin araşdırılması və dəyərləndirilməsi, mövcud qaydaların sənədləşdirilməsi və təkmilləşdirilməsi;
  • ƏDV pul vəsaitlərindən istifadənin optimallaşdırılması;
  • Qiymətləndirmə xidmətləri;

Nexia Azərbaycan şirkətinin korporativ vergi komandası əməkdaşlıq etdiyi müəssisələrin Azərbaycanda və beynəlxalq səviyyədə mövcud vergi qaydalarının bütün aspektlərinə əməl etməsinə yardım edir və vergi sahəsində məsləhətlər verir.


Bizim vergi məsləhəti komandamız sizə necə kömək edə bilər?

Biz, yerli vergi qanunlarını nəzərə almaqla, biznesinizin və xarici biznes maliyyələşdirmənizin strukturlaşdırılması üçün ən səmərəli vergi üsulunun müəyyən edilməsində, effektiv vergi dərəcəsinin idarə edilməsində, əməliyyatlarınızın vaxtının müəyyən edilməsində sizə kömək edirik və sizə müvafiq vergi xidmətləri göstəririk. Siz həyata keçirdiyiniz, lakin Azərbaycanda mövcud olan vergi sistemi baxımından vergi təsirləri ilə bağlı qeyri-müəyyən olduğunuz əməliyyatları və ya sövdələşmələri bizimlə müzakirə edə bilərsiniz. Biz vergi risklərini müəyyən edə və onların azaldılması yollarını tövsiyə edə bilərik.