HÜQUQİ XİDMƏTLƏR

“Nexia Azərbaycan” müxtəlif hüquqi xidmətlər və hüquqi dəstək təklif edir. Biz hüquqi şəxslərə, fiziki şəxslərə və beynəlxalq müştərilərə hərtərəfli hüquqi həll yolları təqdim edirik.

Bizim şirkətimiz mürəkkəb strukturlarla, müntəzəm olaraq təkmilləşdirilən qanunlar və qaydalar ilə işləməyə qadirdir. Komandamız qanunlara aid məsələlər və qanunvericiliyə uyğunluqla bağlı müştərinin istənilən sualına cavab verməyə imkan verən dərin təcrübəyə malikdir.

Biz praktiki yanaşma ilə müştərilərin problemlərinin həll edilməsi üçün dövlət qurumları ilə fəaliyyət sahəsində geniş təcrübəyə sahibik. Bizim yüksək ixtisaslı komandamız korporativ hüquq, müqavilələrin hazırlanması və nəzərdən keçirilməsi sahəsində, miqrasiya, əmək hüququ sahəsində sizə yardım edə və məsləhət verə bilər.

  • Korporativ hüquq xidmətlərimizə müxtəlif təşkilati-hüquqi formalı şirkətlərin, ortaqlıqların qeydiyyatı, birləşmə və qoşulmalar, hüquqi şəxslərin yenidən təşkili, daxili nizamnamələrin hazırlanması və hüquqi şəxslərin ləğv edilməsi daxildir. Xidmətlərimiz şirkətin yaradılması və Azərbaycanda biznesin qurulması prosesində dəstəkdən başlayaraq şirkət strukturunun yaradılması, birləşmə və qoşulma prosesinə dəstək, şirkətin ləğv olunmasına qədər geniş spektrli korporativ hüquq xidmətlərini əhatə edir. Biz Azərbaycanda hüquqi şəxslərin, filial və nümayəndəliklərin yaradılması və qeydiyyatı zamanı peşəkar xidmət təklif edirik, bundan başqa hüquqi ünvan xidmətləri, hüquqi və fiziki şəxslər üçün bank hesablarının açılması, şirkət Nizamnamə/ Əsasnamələrinin hazırlanması, səhmlərin qeydiyyatı, hüquqi şəxslərin, filial, nümayəndəliklərin ləğvi və ləğv prosesi dövründə dəstək də xidmətlərimiz sırasındadı;
  • Biz potensial risklərin müəyyən edilməsi üçün müxtəlif növ mülki müqavilələrinin, niyyət məktublarının hazırlanması və qarşı tərəfin təqdim etdiyi müqavilələrin nəzərdən keçirilməsi ilə bağlı xidmətlər təqdim edirik; Mütəxəssislərimiz sizə xidmət və texniki xidmət müqavilələrinin, alqı-satqı müqavilələrinin, agent müqavilələrinin, payçılar arasında olan razılaşmaların, səhmlərin / payların alqı-satqı müqavilələrinin hazırlanması; vəkalətnamələrin tərtibi və qeydiyyatı; Niyyət məktubları, məxfilik və məlumatın açıqlanmamasına dair müqavilələrin hazırlanması və bu hallar üzrə məsləhət xidmətləri göstərəcək.
  • Şirkətimiz Azərbaycanda yaşayış və iş icazələrinin əldə edilməsi üçün hüquqi məsləhət və viza məsələləri ilə bağlı dəstək xidmətləri göstərməkdədir. Bu istiqamətdə olan xidmətlərimizə aşağıdakılar daxildir: Vizaların alınması və vizaların müddətinin uzadılması üçün dəvətnamələrin (LOI) hazırlanması və təqdim edilməsində köməklik; giriş vizalarına müraciət və viza alınmasında köməklik; müvəqqəti və daimi yaşama icazələrinin alınmasında dəstək; sənədlərin tərcümə və təsdiq etdirilməsində köməklik;
  • Əmək məsələləri ənənəvi olaraq aktual qalmaqda davam edir. “Nexia EA” QSC-nin hüquqşünaslarının təcrübəsi əmək hüququnun vacib məqamları ilə bağlı məsləhətlərin verilməsi, əmək müqavilələrinin hazırlanması, işçilərin sənədlərinin idarə edilməsinə dəstək, çətin ixtisarlar, HR audit və s. sahəsində geniş xidmətləri əhatə edir. Əmək hüququ ilə bağlı xidmətlərimizə daxildir: Əmək münasibətlərindən yaranan istənilən məsələlər üzrə məsləhətlərin verilməsi; istənilən kadr sənədlərinin, əmək münasibətlərini tənzimləməyə xidmət edən işəgötürənə aid sənədlərin tərtib edilməsi; işə qəbul üçün tələb olunan sənədlər paketinin hazırlanması; Aşkar edilmiş pozuntular, potensial risklər, pozuntuların aradan qaldırılması üçün tövsiyələri özündə cəmləyən hesabatın təqdim edilməsi ilə kadr sənədlərinin auditinin aparılması; birləşmə/qoşulma zamanı birləşən/qoşulan şirkətin kadr sənədlərinin hüquqi yoxlanılması; İstehsalatda baş verən qəzaların araşdırılmasında işəgötürənin təmsil olunması; Dövlət Əmək Müfəttişliyi yoxlamaları zamanı işəgötürəni təmsil etmək.