Effektiv vergi hesabatlılığı istənilən bir biznesin uğurlu şəkildə idarə edilməsi üçün çox vacibdir. Biz sizin vergi hesabatlarınıza və uyğunluq ilə bağlı tələblərinizə ciddi yanaşırıq.
Siz Nexia Azərbaycan-ı seçdikdə, müvafiq vergi orqanlarının hesabatvermə tələblərinə cavab verməkdə təcrübəli komanda ilə işləyəcəksiniz və biz hesabatların təqdim edilməsi üzrə təyin edilmiş son tarixlərdən əvvəl hesabatları tamamlayaraq müvafiq qurumlara təqdim edəcəyik.
Dünyanın istənilən ölkəsində şirkət qurmağa qərar verməzdən əvvəl həmin biznesin maya dəyərini müəyyən etmək üçün ilk növbədə xərclər hesablanmalıdır.
Azərbaycanda bizneslə məşğul olmaq üçün əsas vergilər aşağıdakılardır:
Bu vergilərin dəyəri vaxtaşırı və müəssisənin, biznesin, sənayenin növündən asılı olaraq dəyişə bilər. Biz onu da başa düşürük ki, hər bir müəssisənin öhdəliklərinin yerinə yetirilməsi və hesabatvermə ilə bağlı fərqli tələbləri var. Biz hər bir müştərinin unikal vəziyyətini qiymətləndirir və biznes və şəxsi maliyyə hədəflərinə uyğun strategiyalar tövsiyə edirik. Müştərilərimizin yüksək keyfiyyət və az məsrəflə öhdəliklərini yerinə yetirməsinə dəstək olmaq üçün uyğunluq və hesabatvermə proseslərində riskləri azaldaraq xidmətlərimizi fərdiləşdiririk.
Məlumat bəyannamələrinin hazırlanması və sənədləşdirilməsi vaxt aparan və xəta riski daşıyan proses ola bilər. Peşəkar mütəxəssislərimiz əməliyyat yükünü və səhv riskini azaltmaq məqsədilə müxtəlif səviyyələrdə dəstək göstərir. Vahid autsorsinq modelimiz çərçivəsində sənədlərin hazırlanmasını sürətləndirmək üçün şablon cədvəllər təqdim olunur. Nexia Azərbaycan komandası bu şablonlardan istifadə edərək ilkin məlumatlarınızı uyğun formata salır və sizin adınızdan yerli vergi orqanlarına təqdim edir.
Əgər sizə vergi hesabatlılığı sahəsində kömək lazımdırsa, mütəxəssislərimizlə əlaqə saxlayaraq onların bilik və təcrübəsindən yararlana bilərsiniz.
Peşəkar komandamızın texniki və iqtisadi bilikləri bizə biznes məsələlərini düzgün qiymətləndirməyə və vergi hesabatlılığı sahəsində praktik yanaşmalar təqdim etməyə imkan verir. Mütəxəssislərimiz ödəmə mənbəyindən verginin tutulması və hesabatvermə qaydaları üzrə mütəmadi məsləhətlər verir. Biz inanırıq ki, komandamız sizin vergi hesabatlılığı üzrə bütün tələblərinizi yüksək səviyyədə qarşılaya bilər.